Con Steynbek

Con Steynbek
ing. Jeffery Ernest Steinbeck
Doğum adı Jeffery Ernest Steinbeck
Doğum tarixi 27 fevral 1902(1902-02-27)[1][2][…]
Vəfat tarixi 20 dekabr 1968(1968-12-20)[1][2][…] (66 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı, ürək-damar xəstəliyi[d]
Dəfn yeri
Təhsili
Fəaliyyəti yazıçı, ssenarist, hərbi müxbir[d], roman yazıçısı
Fəaliyyət illəri 1929-1961
Əsərlərinin dili ingilis dili
Tanınmış əsərləri Siçanlar və İnsanlar (1937)
Qəzəb Salxımları (1939)
Cənnətdən Şərqə Doğru (1952)
Üzvlüyü
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d],
  • PEN America[d]
Mükafatları
İmza
Vikimənbənin loqosu Con Steynbek Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Ernst Steynbek (27 fevral 1902[1][2][…]20 dekabr 1968[1][2][…], Harlem, Nyu-York, Nyu-York ştatı, ABŞ və ya Nyu-York, Nyu-York ştatı) — Amerika yazıçısı, 1962-ci ildə "həm realist, həm də zəngin təxəyyülə malik, özündə zövqlü yumorla kəskin sosial kritikanı birləşdirən əsərlərinə görə" Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[3] "Amerika ədəbiyyatının nəhəngi" adlandırılan müəllifin bir çox əsərləri Qərb ədəbiyyatının klassikləri hesab olunur.[4]

Həyatı boyunca 33 kitab qələmə alan yazıçının ən tanınmış əsərlərinə Siçanlar və insanlar (1937), Qəzəb salxımları (1939), və Cənnətdən Şərqə doğru (1952) daxildir. Amerikanın əsas ədəbi mükafatı hesab edilən Pulitserə layiq görülən Qəzəb Salxımları çoxları tərəfindən Steynbekin şahəsəri və Amerika ədəbiyyatının ən önəmli romanlarından biri hesab edilir.[5]

Steynbekin yaradıcıllığının böyük bir hissəsi Mərkəzi Kaliforniyada və Salinas çayı ətrafında həyatdan bəhs edir. Müəllifin əsərlərində tale və ədalət kimi mövzular məzlum, imkansız, və adi insanların perspektivindən təhlil edilir. Steynbekin romanlarının bir çoxu Şimali Amerikaİngiltərə məktəblərində ən çox istifadə olunan kitablar siyahısındadır.[6]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 John Steinbeck // Internet Broadway Database (ing.). 2000.
  3. "Nobel Prize in Literature 1962 Arxivləşdirilib 2008-10-21 at the Wayback Machine". Nobel Foundation.
  4. "Swedish Academy reopens controversy surrounding Steinbeck's Nobel prize Arxivləşdirilib 2013-07-13 at the Wayback Machine". The Guardian. 3 yanvar 2013
  5. Sixteen Modern American Authors, Volume 2 (1989) Bryer, R. Jackson, səh. 620. Duke University Press. ISBN 978–0822310181
  6. "Who, what, why: Why do children study Of Mice and Men Arxivləşdirilib 2015-01-07 at the Wayback Machine?". BBC News. 25 mart 2011.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search